Qubada 7 yaşlı uşaq göldə boğulub.
AzerTimes Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə Qubanın Hacıhüseynli kəndindəki bağ massivindəki süni göldə qeydə alınıb.
Hacıhüseynli kəndinin qonşuluğunda yerləşən Xaçmazın Şıxlar kənd sakini, 7 yaşlı Tahir Nurməmmədli kəndə oynamağa gəlib.
Qəfildən uşağın ayağı sürüşüb gölə düşüb və boğulub.
Hadisə Quba rayon Prokurorluğunda araşdırılır.