Bakı-Quba yolunda qəza törədən TIR-ın sürücüsü, 1992-ci il təvəllüdlü Elçin Arif oğlu Atayev saxlanılıb.
AzerTimes xəbər bu barədə Daxili İşlər Nazirliyinin (DİN) KİV və ictimaiyyətlə şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.
“Şəxs saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub. İstintaq hərəkətləri aparılır”, – DİN rəsmisi bildirib.
Xatırladaq ki, dekabrın 15-də Bakı-Quba yolunda mikroavtobusla TIR toqquşub. Hadisə nəticəsində 6 nəfər – 1976-ci il təvəllüdlü Kamran Məmmədşah oğlu Məmmədov, 1976-ci il təvəllüdlü Kamran Məmmədşah oğlu Məmmədov, 1979-cu il təvəllüdlü Akif Yusif oğlu Balakişiyev, 1980-ci il təvəllüdlü Vüqar Tərxan oğlu Musayev, 1982-ci il təvəllüdlü Elməddin Osman oğlu Əhmədov, 1992-ci il təvəllüdlü Ramiz oğlu Quliyev Emin həlak olub.
Qəzada yaralanan TIR-ın sürücüsü, 1992-ci il təvəllüdlü Elçin Arif oğlu Atayev Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilmişdi.