Güclü yağış nəticəsində yaranan sel suları Quba-Xınalıq yolunun 36-cı kilometrliyində asfalt örtüyünü yuyub, ərazidə avtomobillərin hərəkəti çətinləşib.
AzerTimes xəbər verir ki, avtomobil yolu boyunca hərəkətin təhlükəsizliyi və yaranan problemlərin aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “5 N-li Yol İstismarı” MMC tərəfindən əraziyə xüsusi texnikalar və canlı qüvvə cəlb edilib. Yolun sel sularının yuması nəticəsində yarasız vəziyyətə düşən hissəsi bərpa olunub.
Hazırda Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti üçün məhdudiyyət yoxdur. Yolun tam bərpası isə sabah günün ilk yarısında başa çatdırılacaq.