Quba və Qusar rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.
AzerTimes xəbər verir ki, yağıntı dəniz səviyyəsindən 2 min metrdən yüksək ərazilərdə qeydə alınıb.
Qubanın Xınalıq kəndinin sakinləri bildirib ki, bu, mövsümünün ilk qarıdır.
Qarın yağması ilə əlaqədar yaşayış məntəqəsində temperatur ötən günlərə nisbətən aşağı enib.