Quba rayonu istiqamətindən Bakıya doğru 81-ci kilometrində ağır yol qəzası baş verib.
Belə ki, 28 dekabr 2025 tarixində təxminən 23:40 radələrində Quba istiqamətindən gələn yolu əks hərəkət edən Volkswagen Passat B6 markalı 90-UO-723 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yolun torpaq hissəsi ilə avtomobili idarə edərkən qarşıdan gələn ağır tonajlı Rusiya (AB-3352-67) dövlət qeydiyyat nişanlı TIR nəqliyyat vasitəsinin üzərinə sürərək qəza törətmişdir.
Toqquşma zamanı zərbənin yüksək olmasından Passat model olan avtomobilin mühərriki sürətlər qutusu ilə birlikdə avtomobildən ayrılaraq yolun ortasına düşmüşdür. Tam yararsız hala düşən Passat model olan avtomobil yolun sağ zolağı istiqamətində üfüqi vəziyyətdə yolun ortasına düşüb.
Digər TIR avtomobili isə yoldan çıxaraq aşağı torpaq səthə gedərək dayanmışdır.
Elə bu zaman yolu ilə hərəkət edən Mercedes Sprinter markalı avtomobil yolun ortasına düşmüş Passatın mühərrikinə dəyərək ön sağ hissəsi parçalanmışdır.
Qəzada Volkswagen Passat markalı avtomobilin sürücüsü ağır olmayan xəsarətlər almışdır və hadisə yerinə dərhal gələn Təcili Tibbi Yardım avtomobili ilə xəstəxanaya aparılmışdır.
Digər sürücülərdən xəsarət alan olmamışdır.
TIR sürücüsünün sözlərinə görə qəza səbəbkarı sərxoş vəziyyətdə olub.







DOLLAR
AVRO
LİRƏ
RUBL
LARİ
DİRHƏM
YUAN