Dünyanın ən böyük yarımötürücü komponentlər istehsalçılarından
biri olan ABŞ-ın “Qualcomm Inc.” şirkəti Rusiya şirkətlərinə
məhsullarının satışını dayandırıb.
AzerTimes-ın məlumatına görə, bu barədə şitkərin “Twitter”
səhifəsində Ukraynanın baş nazirinin müavini Mixail Fyodorovun
sözlərinə cavab olaraq bildirilir.
Xatırladaq ki, Ukraynalı nazir “Qualcomm”u məhsullarının
Rusiyada hələ də mövcud olmasına görə qınayıb. Şirkət M.Fedorova
“bu, doğru deyil” cavabını verib.
“Biz Rusiya şirkətlərinə məhsul satışını dayandırmışıq və ABŞ
sanksiyalarına əməl edirik”, – deyə açıqlamada bildirilir.