Qrup hərəkətlərində Azərbaycan komandası bədii gimnastika üzrə Dünya Kubokunun finalına vəsiqə qazanıb

Xəbər - Cani Babayeva – Trend:

Qrup hərəkətlərində Azərbaycan komandası Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun finalına vəsiqə qazanıb.

AzerTimes-ın məlumatına görə, Ləam Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokinanın yer aldığı komanda 5 topla hərəkətlərdə 37.450 xal toplayaraq finala çıxıblar.

Qeyd edək ki, Dünya Kuboku 26-28 mart tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada keçirilir. Bu gün gimnastların fərdi proqramda da çıxışları olub, gimnastlar halqa və topla hərəkətlərdə kompozisiyalarını təqdim ediblər.

Azərbaycanı fərdi proqramda iki gimnast təmsil edib – Nərminə Səmədova və Arzu Cəlilova. Topla hərəkətlərdə Nərminə Səmədova 19.300 xal, halqa ilə hərəkətlərdə isə 19.400 xal alıb.

Arzu Cəlilova öz növbəsində halqa ilə hərəkətlərdə 19.300 xal, topla hərəkətlərdə isə 19.275 xal toplayıb.

Azərbaycanı fərdi proqramda təmsil edən gimnastlar finala çıxa bilməyiblər.

Teqlər: