Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Zaporojye AES-ə gəlib.
AzerTimes xəbər verir ki, bu barədə “Enerqoatom” məlumat yayıb.
Məlumata görə, MAQATE-nin nümayəndə heyəti Qrossinin özü və rotasiya üçün gəlmiş üç müfəttiş də daxil olmaqla 11 nəfərdən ibarətdir. Onları yeddi nəfər – BMT Təhlükəsizlik və Dəstək Departamentinin nümayəndələri müşayiət edir.