Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) agentliyin baş direktoru Rafael Qrossinin gələn həftə Zaporojye Atom Elektrik Stansiyasına getməyi planlaşdırır.
AzerTimes xəbər verir ki, bu barədə MAQATE-nin saytı məlumat yayıb.
Baş direktor qeyd edib ki, o, sentyabrdan bəri vəziyyətin necə dəyişdiyini görmək və bu misilsiz və çox çətin şəraitdə obyekti işlədənlərlə danışmaq üçün Zaporojya AES-ə yenidən baş çəkmək qərarına gəlib:
“Ukraynadakı faciəvi müharibə zamanı nüvə qəzası riskini azaltmaq üçün əlimdən gələni etməyə davam edəcəyəm”.