Qrossi özü elan etdi: Kurska səfəri hazırlanır…

Qrossi özü elan etdi: Kurska səfəri hazırlanır…

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi gələn həftə Kursk atom elektrik stansiyasına səfər etməyi planlaşdırdığını açıqlayıb.

AzerTimes xəbər verir ki, o, bu barədə “Faynənşl Tayms” qəzetinə müsahibəsində bildirib .

“Qrossi gələn həftə Kursk Atom Elektrik Stansiyasına baş çəkəcəyini və onun rəhbərliyi ilə danışacağını və AES-ə qarşı hücumların olub-olmadığını müəyyən edəcəyini bildirib”, – nəşr yazıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Qrossinin avqustun sonunda Kursk AES-ə səfəri üçün prosedurlar hazırlanır.

Teqlər: