Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Rafael Qrossi İranın Fordo və Natanzda yerləşən uranın zənginləşdirilməsi üzrə əsas obyektlərinə baş çəkib.
AzerTimes xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Lakin təfərrüatlar açıqlanmayıb.
Qeyd edək ki, bundan öncə R.Qrossi İranın Prezidenti Məsud Pezeşkian, xarici işlər naziri Abbas Arakçı və Atom Enerjisi Təşkilatının sədri Məhəmməd Eslami ilə danışıqlar aparıb.