Qriqoryanın meyitinə hökm oxundu: əmlakı müsadirə edildi

Qriqoryanın meyitinə hökm oxundu: əmlakı müsadirə edildi

Ermənistanın keçmiş deputatı, “Yerkrapah” könüllülər cəmiyyətinin keçmiş rəhbəri, mülki azərbaycanlılara qarşı xüsusi amansızlığı ilə seçilən “general-leytenant” Manvel Qriqoryan və onun arvadı Nazik Əmiryanın işi üzrə məhkəmə hökmü elan edib.

AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, onlar bir sıra cinayətlərdə ittiham ediliblər. Hökmə əsasən, Qriqoryanın (ölümündən sonra) 1 milyard 800 milyon dram məbləğində pulu, 8 avtomobili, “Əsgər payı” etiketli daha 8000 ədəd ərzaq, geyim forması və dərman preparatları “Yerkrapah” könüllülər cəmiyyətinə veriləcək. Məhkəmənin qərarı ilə bu iş üzrə zərərçəkmişin hüquqi varisi Q.Torosyan Vaqarşapatdakı yanacaqdoldurma məntəqəsini geri alacaq.

Nazik Əmiryandan 101 milyon dramdan çox pul müsadirə olunacaq, onun hesabları, daşınar və daşınmaz əmlakına hökm icra olunana qədər nəzarət olunacaq.

Qeyd edək ki, Qriqoryan mülki azərbaycanlılara qarşı qətliamlar həyata keçirməsi ilə tanınırdı. O, 44 günlük savaş zamanı Xankəndiyə gəlsə də, Azərbaycan Ordusunun ardıcıl qələbələrini eşidərək, insult keçirmiş və xərəkdə İrəvana qaytarılmışdı. Ermənistanın kapitulyasiyasından az sonra – 2020-ci ilin 19 noyabrında İrəvanda da öldü. 2021-ci ilin yanvarında isə onun məzarına gedən doğmaları qəbrin açıldığını, qatilin meyitinin çıxarılaraq, yaxınlığa atıldığını görmüşdülər.

Onun barəsində cinayət işi 44 günlük savaşdan öncə başlamışdı. Prokurorluq onun bütün əmlakı üzərinə həbs qoymuşdu.

Teqlər: