Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Qarabağla bağlı ziddiyyətli, qarışıq, İrəvanın hazırkı siyasətinə əks çıxan və görünür, mahiyyətcə Ermənistanın əsl niyyətini ortaya qoyan bir açıqlama verib.
AzerTimes xəbər verir ki, Qriqoryan bu gün erməni mediasına deyib: “Rusiya gəldi, Dağlıq Qarabağı əlimizdən aldı, Azərbaycana qaytardı, sonra da geri qayıtdı, bütün reallıq budur. Mən hesab edirəm ki, Rusiya Dağlıq Qarabağı alıb”.
O əlavə edib ki, Rusiyanın razılığı olmadan müharibə ola bilməzdi:
“Ermənistan tamamilə Rusiyadan asılı olanda bizdə müharibə yox idi? Bizdə müharibə var idi. Gəlin dəqiqləşdirək: indiyə qədər biz bu mövcud vəziyyətə görə müharibə şəraitində olmuşuq. Biz bu dəyişikliklərlə sabitliyə nail olmağa çalışdıq və əminik ki, bu dəyişikliklər sabitlik gətirəcək”.
Qriqoryan “Rusiya gəlməsəydi, ümumiyyətlə, ermənilər Qarabağa iddia edib, onu işğal edə bilərdilərmi” sualına cavab verməyib; Qriqoryan Rusiya olmasaydı, ermənilərin Qarabağa və İrəvan xanlığı ərazisinə yerləşməsinin də mümkünsüzlüyünə toxunmayıb; Qriqoryan Rusiya gəlməsəydi, Cənubi Qafqazda heç vaxt “Ermənistan” adlı bir dövlətin olmayacağını da deməyib!
Qriqoryan yalnız “Qarabağın əllərindən alındığından” bəhs edir və bu açıqlaması ilə Qarabağı Azərbaycan ərazisi olaraq tanıyan Nikol Paşinyana da, beynəlxalq qanunlara da tüpürür.
Qarabağ – bütün beynəlxalq qurumlarda Azərbaycanın ərazisi olaraq hər zaman tanınıb. Əgər Qriqoryan “Qarabağın əllərindən alındığını” iddia edirsə, demək, işğalçı olduqlarını, işğalı davam etdirmək niyyətlərini ifadə etmiş olur.
Qriqoryan açıq şəkildə etiraf edir ki, işğalçıdırlar, Rusiyanın vasitəsilə Qarabağı ələ keçirmişdilər, Rusiyaya güvənərək beynəlxalq qanunlara tüpürür, işğaldan əl çəkmirdilər və bundan min il sonra da əl çəkmək niyyətində deyildilər. Ancaq “Rusiya gəldi…”
Qriqoryan yaxşı bilir ki, “Rusiya gəlmədi”, Rusiya elə burdaydı və indi də burdadır – Ermənistanda 5 minlik ordusu, hava bazası, 4 minlik sərhəd qoşunları var; Rusiya elə Ermənistandadır – bu xaraba qalmış ölkənin bütün xarici dövriyyəsinin 70%-i Rusiyaya bağlıdır; Ermənistanın bütün enerji strukturu, AES-i Rusiyanın əlindədir; məhz Rusiyanın hesabına bu ölkə son illər milyardlarla vəsait qazanır və s.
Qriqoryan yaxşı bilir ki, “Rusiya elə burdaydı”, sadəcə, Türkiyə regiona gəldi; sadəcə, Azərbaycan gücləndi; Azərbaycan Ordusu o qədər gücləndi ki, artıq bu cür Ordunun torpaqları işğalda qala bilməzdi!
Türkiyə gəldi və regionda işğalın dayandırılması üçün siyasi iradəsini ortaya qoydu, Azərbaycan Ordusu isə işğalı aradan qaldırmaq üçün meydanda hərəkətə keçdi!
Rusiya 44 günlük savaşdan sonra da “Rusiyaya qayıtmamaq üçün” hər şeyi edirdi, lakin Qərb, nəhayət, Paşinyana başa sala bildi ki, Qarabağa iddiasından əl çəkməsə, Ermənistanı itirəcək – çünki dəngələr dəyişir, dünya yenidən bölünür və Türkiyə artıq Cənubi Qafqazdadır, artıq Şuşa Bəyannaməsi imzalanıb; artıq Türk Ordusunun qarşısını ala biləcək heç bir hüquqi, siyasi, beynəlxalq iradə yoxdur!
Qriqoryanın sözləri etirafdır və yalnız daxili auditoriyaya yönəlməyib: bu, Ermənistan siyasətidir, regionumuza böyük güclər tərəfindən 2 yüz ildir köçürülən bu xalqın “tarixi missiyası”nın davamıdır; erməni varlığı elə bunun üzərində qurulub – türk torpaqlarına iddia ilə böyük güclərin maşası olmaq!
Paşinyan bu maşalıqdan xilas olmaq istəyir – çünki dünyanın dəyişdiyini ona başa salıblar; bu fürsətdən istifadə edib, tarixən heç vaxt olmayan erməni dövlətinə “kadastr” almaq istəyir. Lakin konstitusiyasından torpaq iddialarını da çıxarmır – çünki bu qaraçı xalqın mahiyyəti, mövcudluğu onillərdir bunun üzərində qurulub!
Qriqoryan yalnız xalqının mahiyyətini ifadə etdi, kimliyini ortaya qoydu, ancaq ciddi səhv etdi. Qarabağa erməniləri yerləşdirən Rusiya idi – doğrudur. Ancaq İrəvan və ətrafına da erməniləri Rusiya yerləşdirib, Rusiya andranikləri silahlandırıb, dinc azərbaycanlıların kütləvi qətl, qarət və köçürülməsinin, Ermənistan dövlətinin yaradımasının planını cızıb – daha sonra Zəngəzuru, Göyçəni, Dərələyəzi alıb, “Ermənistan” qayırıb.
Qriqoryan ciddi səhv etdi: əgər doğrudan da Qarabağ “ermənilərin” idisə və Rusiya “ermənilərin əlindən alıb” Azərbaycana verdisə, eyni məntiqlə Rusiya bir gün gəlib, İrəvanı da ermənilərdən alıb, sahibinə qaytara bilər.
Qriqoryanın məntiqi budur!