Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, tərəflər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyini müzakirə edib. Papuaşvili bildirib ki, Gürcüstan regionda sülhü təşviq etməyə hazırdır.