Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi direktorunun müavini Devid Koenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AzerTimes xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, görüşdə Ermənistan-ABŞ ikitərəfli əməkdaşlığı, eləcə də regional təhlükəsizliklə bağlı məsələlər müzakirə olunub.
Qeyd edək ki, görüş ötən gün baş tutub.