Qriqoryan Lui Bono ilə görüşdü

Qriqoryan Lui Bono ilə görüşdü

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanda ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə Qriqoryan sosial şəbəkədə məlumat yayıb.

Amerikalı diplomat İrəvana Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskva görüşündən dərhal sonra gəlib.

Qriqoryanın sözlərinə görə, görüşdə Azərbaycanla danışıqların hazırkı mərhələsi, Qarabağ ətrafındakı vəziyyət müzakirə edilib.

Teqlər: