Qriqoryan Londonda Bakı ilə münasibətləri müzakirə etdi

Qriqoryan Londonda Bakı ilə münasibətləri müzakirə etdi

Londonda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Böyük Britaniyanın Baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Tim Barroun arasında görüş keçirilib. Görüşdə Cənubi Qafqaz regionunda təhlükəsizlik vəziyyəti müzakirə edilib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

“Qriqoryan həmsöhbətinə İrəvanın Azərbaycanla münasibətlərin tənzimlənməsinə və regionda sülhün bərqərar olmasına yönəlmiş səylərini təqdim edib. Tərəflər Ermənistan-Britaniya münasibətlərinin inkişaf dinamikasını da müzakirə ediblər”, – məlumatda deyilir.

Teqlər: