Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının məlumatında deyilir.
Görüşdə tərəflər Ermənistan və Ukrayna arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
Bundan əvvəl A.Qriqoryan Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb.