Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan TŞ-nin mətbuat xidməti məlumat yayıb.
Tərəflər ikitərəfli gündəliyi, İran-Ermənistan əlaqələrinin inkişafını, həmçinin regiondakı vəziyyəti müzakirə ediblər.
Qeyd edək ki, Qriqoryan hazırda İranda səfərdədir. Bundan öncə tərəflər ötə ilin iyulunda İrəvanda bir araya gəlmişdilər.