Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan İran səfiri Mehdi Sübhani ilə görüş keçirib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Söhbət zamanı tərəflər Azərbaycan-Ermənistan sərhəd xəttinin delimitasiyası prosesini müzakirə ediblər.
Bundan əlavə, ikitərəfli münasibətlərə də toxunulub.