Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransa və Almaniyaya işgüzar səfərə gedəcək.
AzerTimes xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Qeyd edək ki, bir neçə gün öncə A.Qriqoryan Hindistanda səfərdə olub və hərbi-siyasi əməkdaşlığı müzakirə edib.
Ermənistan son vaxtlar Hindistandan hərbi texnika tədarük edir.