Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsselə səfər edəcək.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan hökumətinin məlumatında deyilir.
Bildirilib ki, beşgünlük işgüzar səfərdə Qriqoryanı onun köməkçisi Azat Babayan və Təhlükəsizlik Şurası aparatının siyasi, sosial və iqtisadi təhlükəsizlik departamentinin müşaviri Arşak Musaxanyan müşayiət edəcək.
Qeyd edək ki, mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın görüşü baş tutacaq.