Qriqoryan: Bakının sülh təklifinə cavab hazırlanır

Qriqoryan: Bakının sülh təklifinə cavab hazırlanır

Ermənistan Azərbaycanla sülh müqaviləsinin mətni üzərində işləyir və yaxın vaxtlarda onu təhvil verəcək.

AzerTimes xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Mənə elə gəlir ki, mətn ən qısa zamanda hazır olacaq. Mətnin ötürülməsinin necə baş verəcəyini hələ bilmirəm”, – Qriqoryan bildirib.

Onun sözlərinə görə, sülh müqaviləsində Qarabağla bağlı maddələr də var:

“İndi bütün məsələlər işlənilir və razılaşdırılır. Ermənistanın yanaşmaları dəyişməz qalıb: İrəvan üçün beynəlxalq mexanizm hazırlamaq vacibdir ki, “Xankəndi” (? – red.) və Bakı Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi məsələlərini müzakirə etsin. İrəvan bu mexanizmin həyata keçirilməsi üçün beynəlxalq tərəfdaşlarla işləməyə davam edir. Sözügedən mexanizm sülh müqaviləsinin gündəliyinə daxil ediləcək, yoxsa başqa format yaradılacaq, dəqiq bilmirəm”.

Teqlər: