Qriqoryan ABŞ rəsmisi ilə sülh prosesini müzakirə etdi

Qriqoryan ABŞ rəsmisi ilə sülh prosesini müzakirə etdi

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ dövlət katibinin müavini Coşua Hakla görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə Qriqoryan Feysbuk səhifəsində yazıb.

Tərəflər Ermənistan-ABŞ ikitərəfli münasibətlərinin gündəliyində duran məsələləri müzakirə ediblər.

Xüsusilə iqtisadi əlaqələrin inkişaf etdirilməsi və bu sahədə əməkdaşlığın gücləndirilməsindən danışılıb.

Görüşdə regional təhlükəsizlik vəziyyəti və Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması üzrə danışıqlar prosesi də müzakirə olunub.

Teqlər: