Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bazar ertəsi Vaşinqtona gedəcək.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
“Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sentyabrın 26-dan Vaşinqtonda səfərdə olacaq”, – deyə bildirilib.
Qeyd olunur ki, səfər zamanı Qriqoryan bir sıra görüşlər keçirəcək. Digər təfərrüatlar verilmir.