Ermənistan Baş naziri Nikol Paşinyan həm yaxın, həm də uzaq perspektivdə Rusiyadan uzaqlaşmağa çalışır. Yaxın perspektiv Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməsi və Avropa Birliyinə üzvlük üçün Brüsselə müraciət etməsidirsə, uzaq perspektiv ABŞ və Fransanı Ermənistanda mobil atom elektrik stansiyalarının tikintisinə təşviq etməkdir.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Vaşinqtondakı görüş və müzakirələrinin bir qismi məhz bu mövzuya həsr olunub:
“İrəvan Vaşinqtona təkliflərini verib. Vaşinqton Ermənistanın Rusiyanın enerji asılığından qurtulmasını istəyir. Ancaq bu o demək deyil ki, Vaşinqton yaxın müddətdə Ermənistan ərazisində atom elektrik stansiyasının tikintisinə başlamağa hazırdır. Nikol Paşinyan Vaşinqtonun yanındadır, ancaq bir gün onu devirsələr və ya hakimiyyətdən uzaqlaşdırsalar, yerinə gələn Rusiyanın adamı çıxsa, necə olacaq? Vaşinqton Ermənistandan tam arxayın olmadığına görə bu ölkədə atom elektrik stansiyası tikməkdə qərarlı deyil”.