Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb?

Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb?

“Cənab 5 faiz” (“Mr Five Per Cent”) kimi tanınan erməni əsilli britaniyalı biznesmen Kalust Sərkis Gülbenkyan (Calouste Sarkis Gulbenkian, 1869-1955) Avropanın varlı iş adamlarından biri olub. İraq neftinə birincilər sırasında əl qoyub. 1956-cı ildə Portuqaliyada onun adına Kalust Gülbenkyan Fondu (The Calouste Gulbenkian Foundation) yaradılıb.

AzerTimes xəbər verir ki, bu barədə Avropada yaşayan jurnalist Elbəyi Həsənli qeyd edib.

O bildirib ki, 2020-ci ildə Gülbenkyan Fondu təbiətin müdafiəsi ilə bağlı (Gulbenkian Prize for Humanity) 1 milyon avro (£900,000) məbləğində mükafarını o vaxt 17 yaşı olan Qreta Tunberqə təqdim edib:

“Elə o vaxtdan da erməni lobbisi Qreta Tunberqi Türkiyə və Azərbaycana qarşı təbliğat müharibəsində silah kimi uğurla istifadə edir”.

Qeyd edək ki, Tunberq COP29 günlərində Tiflisə gələrək, Azərbaycana qarşı etiraz aksiyası keçirib, ona dəstək verən bir neçə nəfər arasında azərbaycanlı Vəfa Nağı da olub. Daha sonra Tunberq İrəvana gedərək, Azərbaycana qarşı konfransa qaılıb, həmçinin qondarma “erməni soyqırımı” abidəsi önündən foto paylaşıb.

Teqlər: