Qranadada adi görüş olmayacaq: təxribat ona görədir

Qranadada adi görüş olmayacaq: təxribat ona görədir

Fikrimcə, belə təxribatların törədilmə məqsədi Qranada görüşünədək vəziyyəti gərginləşdirməkdir. Hazırda sözügedən görüşə çox ciddi hazırlıq gedir, Qərbin də görüşlə bağlı verdiyi mesajlar oradakı toplantının adi bir görüş olmayacağına işarə edir.

Bu sözləri AzerTimes-a Ermənistan ordusunun Kəlbəcərdəki mövqelərimizi atəşə tutmasının məqsədləri haqqında danışan siyasi şərhçi Fərhad Məmədov deyib.

O, Ermənistanın təxribatlarla özünü fəlakətə sürüklədiyini vurğulayıb:

“Mövqelərimizin atəşə tutulmasının digər səbəbi hansısa razılaşmaların əldə olunmasını əngəlləmək ola bilər. Rəsmi İrəvan da əgər sülh istəyirsə, lokal antiterror əməliyyatındakı kimi orduya tam nəzarət etməlidir. Çünki bu təxribatlar onlar üçün fəlakətlə nəticələnə bilər”.

Teqlər: