Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi bu il bir sıra tədbirlər keçirməyi planlaşdırır – Ceyhun Bayramov

Xəbər - Maryana Əhmədova – Trend:

Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi bu il bir sıra tədbirlər keçirməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən Qoşulmama Hərəkatının Modeli Simulyasiya təliminin açılışında deyib.

Onun sözlərinə görə, Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi mövcudluğunun ilk günündən təşkilatın işinə cəlb olunub.

“Belqradda təşkilatın 60 illik yubileyinin qeyd olunması zamanı Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsi bir sıra təkliflər irəli sürüb və bu il tədbirlər keçirməyi planlaşdırır” – deyə o bildirib.

Nazir qeyd edib ki, ADA Universitetindəki tədbir Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin işi üçün böyük əhəmiyyət daşıyır.

C.Bayramov Azərbaycanda təqaüd proqramı ilə təhsil alan Qoşulmama Hərəkatı üzv ölkələrindən tələbələrin konfransda iştirakının əhəmiyyətini vurğulayıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: