Qoşulmama Hərəkatında yaxşı irs qoymuşuq – Prezident

Qoşulmama Hərəkatında yaxşı irs qoymuşuq – Prezident

Azərbaycan Qoşulmama Hərəkatında 4 il ərzində sədr ölkə olaraq yaxşı irs qoyub.

AzerTimes xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi bu il başa çatacaq və Azərbaycan 4 il ərzində sədr ölkə olaraq yaxşı irs qoyub.

Dövlətimizin başçısı bu xüsusda təşkilatın təsisatlanması, onun parlament və gənclər şəbəkəsinin yaradılması və digər təşəbbüslərimizi qeyd edib.

Teqlər: