Qoşulmama Hərəkatı ümumi təhlükəsizliyin təmin olunması üçün yeni imkanlar açır – Putin

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiyanın bu yay qazandığı Qoşulmama Hərəkatında müşahidəçi statusu bütün dünyada təhlükəsizliyin və dayanıqlı inkişafın təmin olunmasında əməkdaşlıq üçün yeni imkanlar açır.

Trend-in məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putinin Qoşulmama Hərəkatının 60 illiyi ilə bağlı keçirilən forumun iştirakçılarına ünvanlanmış müraciətində deyilir.

O bildirib ki, hərəkat beynəlxalq məsələlərdə çox vacib rol oynayır: “Qoşulmama Hərəkatı bütün dövlətlərin qeyd-şərtsiz bərabərliyi, onların suverenliyinə və qanuni maraqlarına hörmət prinsiplərini müdafiə edir. Dünyada vəziyyətin daha da çalxantılı olduğu dövrdə Qoşulmama Hərəkatının müsbət potensialına tələbat daha da artır”.

Qeyd edək ki, Qoşulmama Hərəkatının yubiley forumunda 105 ölkə təmsil olunur.

Teqlər: