Qərbi Azərbaycan əyalətinin Qoşaçay (Miyandab) şəhərinə ildırım düşməsi nəticəsində bir nəfər ölüb, iki nəfər isə ağır bədən xəsarətləri alıb.
AzerTimes xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumatda 16 yaşlı yeniyetmənin yerindəcə keçindiyi, 15 yaşlı yeniyetmə qız və oğlanın isə yanıq xəsarətləri ilə xəstəxanaya çatdırıldıqları bildirilib.
Bildirilir ki, yaralılardan birinin vəziyyəti ağırdır.