Qorxulu anlar: Millət vəkilinə yaxınlaşıb, atəş açdı – Video

Qorxulu anlar: Millət vəkilinə yaxınlaşıb, atəş açdı – Video

Türkiyənin Qaziantep şəhərində fıstıq istehsalçıları etiraz aksiyası keçirib. Qiymətlərdən narazı olan istehsalçılar traktorlarla küçələrə çıxıblar.

AzerTimes Musavat.com-a istinadən xəbər verir ki, fermerlərə dəstək verən CHP-li millət vəkili Melih Meriçin başına inanılmaz hadisə gəlib.

Belə ki, o, çıxış edərkən muxtar olduğu bildirilən şəxs millət vəkilinə yaxınlaşaraq havaya atəş açıb.

Həmin şəxs atəş açan zaman “Heç kəsi danışmağa qoymayacağam” deyə qışqırıb.

Mühafizəçilər dərhal müdaxilə edib. Polis tapançadan atəş açan şəxsi saxlayıb.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Teqlər: