Qonşusunun pulunu dələduzluqla ələ keçirən şəxslə bağlı cinayət işi açılıb

Abşeron rayon sakini Əbülfət Əlizadənin 7700 manat məbləğində pulunun müxtəlif bəhanələrlə qonşusu Səfərov Qabil Abdulla oğlu tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı ərizəsi Abşeron rayon prokurorluğu tərəfindən nəzarətə götürülməklə müraciət əsasında əsasında Abşeron rayon polis idarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Prokurorluğa müraciət edərək məmnun qalan zərərçəkmiş Əbülfət Əlizadə Baş Prokurorluğun sosial şəbəkə hesabına minnətdarlığını ifadə etdiyi videoçarxı göndərməklə ictimailəşdirilməsini xahiş edib.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan videoçarx ictimaiyyətə təqdim olunur.

Teqlər: