Moldova Ukraynaya daha bir humanitar yardım paketi köçürmək qərarına gəlib.
AzerTimes xəbər verir ki, bu barədə Moldova Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ölkə Kiyevə elektrik şəbəkələrinin təmiri üçün avadanlıq bağışlayıb.
Qeyd olunur ki, yardımın dəyəri 1,2 milyon ley (təxminən 67 min dollar) təşkil edir.