Dağıstan Müftiliyi müsəlmanların müqəddəs Ramazan ayının ilk gününün martın 12-nə təsadüf etdiyini elan edib.
AzerTimes xəbər verir ki, bu barədə müftiliyin Teleqram kanalında məlumat yayılıb.
“Dağıstan Respublikasının Müftiliyi bu il Ramazan ayının ilk gününün martın 12-nə təsadüf etdiyini elan edir”, – məlumatda deyilir.
Qeyd edək ki, bundan əvvəl Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi Ramazan ayının birinci gününün martın 11-nə təsadüf etməsi barədə fitva verib.
Ənənəvi ayırıcı siyasətinə sadiq qalan İran da 12 martı Ramazan ayının ilk günü elan edib.