Məsud Pezeşkianın prezident seçilməsindən bəri İranda çörək qiyməti ümumilikdə 66% bahalaşıb.
AzerTimes xəbər verir ki, bu barədə “Cəmaran” xəbər saytı məlumat yayıb.
Sayt yaxın vaxtlarda süd və süd məhsullarının da qiymətində kəskin artım olacağını bildirib.
Qeyd edək ki, İranda çörəyin qiymətinin bahalaşması prosesi 2 ildir gedir.
Mühafizəkar siyasi cərəyan və prezident seçkilərində Məsud Pezeşkianın rəqiblərinə bağlı namizədlər isə qiymət artımının yeni hökumət dövründə sürətləndiyini bildirirlər.