Qonşumuz turizmdən rekord gəlir əldə etdi

Qonşumuz turizmdən rekord gəlir əldə etdi

Bu ilin birinci yarısında Gürcüstanda beynəlxalq turizmdən əldə olunan gəlirin həcmi rekorda – 1,9 milyard dollara çatıb.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb.

Gürcüstan Milli Bankının məlumatına görə, turizm gəlirləri aşağıdakı nisbətlərə görə bölünür: Rusiya – 380 milyon dollar, Türkiyə – 287 milyon dollar, AB və Böyük Britaniya – 246,3 milyon dollar, İsrail – 175,4 milyon dollar, Azərbaycan – 78,5 milyon dollar, Ukrayna – 69 milyon dollar, İran – 64,2 milyon dollar, Ermənistan – 64,1 milyon dollar, Belarus – 39 milyon dollar, Səudiyyə Ərəbistanı – 32,6 milyon dollar, digər ölkələr – 462 milyon dollar.

Bu ilin birinci yarısında Gürcüstana 3 milyon turist səfər edib. Ən çox səfər Türkiyə, Rusiya və Ermənistandan olub.

Teqlər: