Hakim Gürcü Arzusu Partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili Gürcüstanın 2030-cu ildə Avropa Birliyinə üzv olacağını açıqlayıb.
AzerTimes xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.
Siyasətçi söz verib ki, ölkə bütün maneələri dəf edəcək, suverenliyi möhkəmləndirəcək, sülhü qoruyacaq, iqtisadiyyatı inkişaf etdirəcək və 2030-cu ildə AB-yə üzv olacaq.