Gürcüstanda 4.1 bal gücündə zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar dekabrın 30-da səhər saat 08:58-də Gürcüstan paytaxtından 53 km aralıda, Bolnisi şəhəri yaxınlığında qeydə alınıb.
Tələfat və dağıntı barəsində məlumat verilməyib.