Qonşuda xəbərdarlıq: Virusa yoluxma halları artacaq

Qonşuda xəbərdarlıq: Virusa yoluxma halları artacaq

Gürcüstanda qrip virusuna yoluxma halları artacaq, lakin 2023-cü ildə olduğu kimi kəskin xəstəliklərin sayı az olacaq.

AzerTimes xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında İaşvili adına Tiflis Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru İvan Çxaidze söyləyib.

Onun sözlərin görə, Gürcüstanda əsasən H1N1 və H1N3 viruslarına rast gəlinir ki, bu viruslar yüksək hərarət, baş, oynaq, əzələ ağrıları, halsızlıq kimi əlamətlərlə səciyyələnir. O, xəstəlik zamanı bədən istiliyinə nəzarət etməyi, çoxlu maye içməyi və ağır fəsadlar yarandıqda həkimə müraciət etməyi tövsiyə edib.

“Yanvarın ilk həftəsində bütün dünyada olduğu kimi, Gürcüstanda da virus xəstəliklərinə yoluxma halları artıb. Qrip dominant virusa çevrilib. Keçən il dekabrın əvvəlində qripə yoluxma halları 16 faiz təşkil edirdisə, hazırda bu rəqəm 26 faizə çatıb”, – Çxaidze vurğulayıb.

Tibbi direktor bildirib ki, virusun yayılmasında hava şəraiti də mühüm rol oynayır. Güman ki, soyuq günlərin başlaması ilə virus və soyuqdəymə halları artacaq.

O qeyd edib ki, Gürcüstanda qrip virusu ilə yanaşı, rinovirus, respirator virus və s. kimi viruslar da yayılır.

COVİD-19 koronavirusuna gəlincə, Çxaidzenin sözlərinə görə, o, daha az aktivdir və onun nisbəti xəstəlik hallarının ümumi sayının 2,5 faizdən azdır.

Teqlər: