Qonşuda güclü zəlzələ oldu

Qonşuda güclü zəlzələ oldu

Gürcüstanda 4,1 maqnitudalı zəlzələ baş verib.

AzerTimes xəbər verir ki, məlumatı Gürcüstanın Seysmoloji Monitorinq Milli Mərkəzi yayıb.

Yeraltı təkanlar Tiflis vaxtı ilə saat 07:49-da qeydə alınıb. Zəlzələnin episentri Dmanisi rayonundan 25 kilometr cənub-qərbdə, Sameba kəndi yaxınlığında olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Teqlər: