Qonşuda bir gündə 30 yaxın insan edam olundu

Qonşuda bir gündə 30 yaxın insan edam olundu

İranda bir gündə 29 nəfərin edam olunması narazılıq yaradıb.

AzerTimes xəbər verir ki, məlumatı Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı yayıb.

Bildirilib ki, həftənin çərşənbə günü Qızılhasar həbsxanasında 22, Kərəc şəhər həbsxanasında isə 3 məhbus dar ağacından asılıb.

Edam edilənlərdən 3-ü Əfqanıstan vətəndaşı, 7-si isə sünni məzhəbli şəxslərdir

Öldürülənlər arasında 2022-ci il etirazlarında iştirak edən şəxs də olub.

İnsan Haqları Təşkilatı edam faktını pisləyib. Onlar İranı 2022-ci il etirazlarından sonra ictimai qorxu yaratmaq üçün ölüm hökmündən istifadə etməkdə ittiham ediblər.

İnsan haqları fəalları hesab edir ki, İran Çindən sonra edamların sayına görə lider ölkələrdəndir.

BMT-nin məlumatına görə, bu il ən azı 345 ölüm hökmü icra edilib ki, onlardan, 15-i qadın olub. Dar ağacından asılan məhbusların qətldə və narkotik maddələrin alverində ittiham olunur. Bəzi insan haqları fəalları edam edilənlərdən bir neçəsinin siyasi ittihamlarla həbs olunduqlarını yazıblar.

Teqlər: