Moldovadakı qondarma Dnestryanı “respublika”sının 28 fevralda Rusiyaya birləşməklə bağlı müraciət edəcəyi haqqında xəbər yayılıb.
AzerTimes xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məsələyə aydınlıq gətirib.
Bildirilib ki, sözügedən xəbərlər həqiqəti əks etdirmir və regionda gərginliyi daha da artırmağa hesablanıb.
Qeyd edək ki, əhalisinin 30%-i yerli ruslardan təşkil olunan Dnestryanı 1990-cı ildə Moldovadan ayrılıb.