Qondarma Qarabağ respublikasının ordu komandanı məhv edildi

Qondarma Qarabağ respublikasının ordu komandanı məhv edildi

Bu gün (27 oktyabr) qondarma Qarabağ respublikasının “müdafiə ordusunun komandanı”, general Cəlal Arutyunyanın” döyüş vəzifəsini yerinə yetirərkən yaralandığını açıqlanıb və dərhal onun yerinə general Mikael Arzumanyanın təyin olunduğunu elan edilib. Sosial şəbəkələrdə Arutyunyanın öldürüldüyü haqda xəbərlər yayılsa da qondarma rejim bunu təkzib etmişdi, iddia edilirdi ki, guya Arutyunyan sağdır və tezliklə yerinə qayıdacaq.

Azərbaycan Müdafiə Nazirliyinin ölkənin xüsusi xidmət orqanları ilə birlikdə həyata keçirdiyi parlaq əməliyyat nəticəsində Calal Arutyunyanın xidməti avtomobili müəyyən edilib və izlənilib. Onun müntəzəm izlənilməsi pilotsuz kəşfiyyat aparatı vasitəsilə həyata keçirilib. Əmin olanda ki, C.Arutyunyan xidməti avtomobildədir və döyüş mövqelərindən birinə gedir, onun avtomobilinə operativ-taktiki pilotsuz döyüş təyyarəsindən raket zərbəsi endirilib.

Kadrlardan göründüyü kimi, C.Arutyunyanın getdiyi UAZ avtomobili raket zərbəsindən sonra tamamilə yanaraq hərbi cani ilə birlikdə məhv olub. Zərbə nəticəsində daha iki erməni zabitinin də məhv edildiyi görünür.