Xəbər - Cani Babayeva – Trend:
ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı”nı tanıması Türkiyə ilə ABŞ-ın münasibətlərinin pisləşməsinə gətirib çıxaracaq.
Bunu AzerTimes-a rusiyalı politoloq Sergey Markov deyib.
C.Baydenin bu addımı atmasının səbəbləri barədə danışan S.Markov bildirib ki, ABŞ prezidenti Türkiyəyə daimi təzyiq aləti yaratmaq və Türkiyə ilə güc mövqeyindən danışmaq istəyir.
Onun sözlərinə görə, C.Baydenin əməllrində ziddiyyətər var: “Bir tərəfdən Bayden bəyan edir ki, Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəyir, digər tərəfdənsə bu münasibətləri kəskin pisləşdirir. Bunu heç kim başa düşə bilmir, çünki Rusiya ilə münasibətlərdə də eyni problemlər mövcuddur. Fikrimcə, Ankarada Bayden administrasiyasına heyrətlə baxırlar və onların nə istədiyini başa düşə bilmir”.
(Tərcümə: Orxan Nəbiyev)