
“Neftçi” baş məşqçi postu üçün belaruslu mütəxəssis Viktor Qonçarenkonu nəzərdən keçirir.
AzerTimes Report-a istinadən xəbər verir ki, “Ağ-qaralar” 48 yaşlı çalışdırıcını komandaya dəvət etməyi düşünür.
Bakı klubu Qonçarenkoya ötən il təklif göndərsə də, lakin bəzi səbəblərdən keçid baş tutmamışdı.
Qeyd edək ki, Viktor Qonçarenko ölkəsində “Bate”, Rusiyada bir çox klubun baş məşqçisi vəzifəsində çalışıb.

