QoldenPey ASC-də yeni təyinatlar olub

Azərbaycanın ilk və ən böyük onlayn ödəmələr şirkəti – QoldenPey
ASC-nin Müşahidə Şurasına yeni təyinatlar edilib.

QoldenPey ASC-nin İdarə Heyətinin Sədri Naina Mehdiyeva AzerTimes-a
açıqlamasında bildirib ki, müşahidə Şurasına yeni sədr və 2 yeni
üzv təyin edilib və bu dəyişikliklər şirkətin gələcək fəaliyyətində
yeni nailiyyətlərə imza atmaq və daha da inkişaf etmək üçün
müstəsna rol oynayacaqdır.

Müşahidə Şurasının Sədri vəzifəsi Teymur Tağıyevə həvalə edilib,
Emil Məsimov və İnna Tiutiuna isə, yeni üzv olaraq müəyyən edilib.
Hazırda Müşahidə Şurasının digər üzvləri Fuad Allahverdiyev və
Orxan Bağırovdur:

Qeyd edək ki, Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti
GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki
işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş
sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci
ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az –
Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb.
Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet,
bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və
sair xidmətlərin alışı /ödənişi mümkündür.

GoldenPay şirkətinin partnyor şəbəkəsinə ABB Mobile, BirBank,
Pasha Mobile Bank, Rabitəbank Mobile, Ubank by Unibank, “ASAN
Ödəniş” sistemi, Premium Bank Mobile, ExpressPay, CİB.az və bir çox
digər təşkilatlar kimi ölkənin aparıcı tətbiqləri daxildir.

Teqlər: