“QoldenPey” 2020-ci il üzrə maliyyə və digər göstərcilərini açıqlayıb

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti, Hesab.az portalının sahibi “QoldenPey” ASC 2020-ci il üzrə maliyyə və digər göstərcilərini açıqlayıb.

Hesab.az-ın 2019-cu ildə qeydiyyatlı 497 mindən çox olmuş istifadəçi sayı, artıq 2020-ci ildə 614 minə kimi yüksəlmişdir. 2019-cu il ilə müqayisədə 2020-ci ildə qeydiyyatlı istifadəçi sayı 23% artmışdır.

Hazırda isə (Aprel ayına olan məlumat) qeydiyyatlı 650 mindən çox yetərincə böyük istifadəçi kütləsi ilə dayanmadan böyüyən bir sistemə çevrilmişdir.

Rəqəmlərdən də göründüyü kimi say etibariylə ciddi artım nəzərə çarpır. Buna Hesab.az-ın il ərzində təqdim etdikləri funksional yenilikləri, həmçinin də həyata keçirilən kampaniyalar səbəb olur.

“QoldenPey” ASC-nin 2020-ci il maliyyə nəticələri əvvəlki ilnən müqayisədə ciddi artım nəzərə alınmışdır. Belə ki, 2020-ci ilin ümumi dövriyyəsi 348,410,896 manat olmuşdur ki, buda əvvəlki ilin analoji dövrü ilə müqayisədə 30% artmışdır (2019: 267,703,260 manat), 2020-ci ilin gəlirləri 5,310,165 manat olmuşdur ki, buda əvvəlki ilin analoji dövrü ilə müqayisədə 32% artmışdır (2019: 4,032,834 manat) və 2020-ci ilin xalis mənfəəti 715,073 manat olmuşdur ki, buda əvvəlki ilin analoji dövrü ilə müqayisədə 121% artmışdır (2019: 323,447 manat)


2020-ci il sonu etibarilə “QoldenPey” ASC-nin cəmi aktivləri 3,019,964 manat təşkil etmişdir. Bu göstərici əvvəlki ilin analoji dövrü ilə müqayisədə 31% artmışdır (2019: 2,310,611 manat) və 2020-ci il sonu etibarilə cəmi kapital (xalis aktivlər) 1,056,749 manat təşkil etmişdir. Bu göstərici əvvəlki ilin analoji dövrü ilə müqayisədə 209% artmışdır (2019: 341,676 manat)

2019-cu ilin nəticələrində əks olunan marketinq və məhsulların inkişafı üçün sərf edilən maliyyə vəsaitlərinin Hesab.az-ın 2020-ci il maliyyə nəticələrinin daha da artmasında və istifadəçi saylarındakı böyük artımda özünü ciddi şəkildə biruzə verdi. Şirkətin ümumi fəaliyyət strategiyası və mövcud bazarda lider olmağa doğru irəliləməsi üçün hazırlanan inkişaf planı hər ilki maliyyə nəticələrində düzgün planlama olduğunu bir daha sübut etmiş olur.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti “QoldenPey” ASC 2007-ci ilin iyul ayında yaradılıb. Texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra Şirkət 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. 2011-ci ilin aprel ayında “QoldenPey” ASC Hesab.az – Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb.

Teqlər: