Qohumunu öldürən şəxsin işi məhkəməyə göndərildi

Xəbər - Samir Əli

İmişlidə qohumunu öldürən şəxsin barəsində olan cinayət işi məhkəməyə göndərilib.

İmişli rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə, 18 sentyabr 2021-ci il tarixdə İmişli rayonu, Çaxırlı kənd sakini Cabir Vəliyevin qəsdən öldürülməsi faktı ilə bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İstintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin dayısı oğlu Azad Mürsəlov yaşadığı evin həyətyanı sahəsində şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Cabir Vəliyevi qəsdən öldürüb.

Azad Mürsəlov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.


Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Teqlər: